Bank Of Baku

Berlində 28 May Respublika Günü qeyd edilib - FOTOSESSİYA

Berlində 28 May Respublika Günü qeyd edilib - <span style="color: red;">FOTOSESSİYA
# 26 may 2014 06:58 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində Azərbaycan Demokratik Respublikasının yaranmasının 96-cı ildönümü münasibətilə qəbul keçirilib. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirə Almaniyanın ictimai-siyasi həyatının, elmi və mədəni dairələrinin, AFR XİN-in, Bundestaqın, xarici diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələrindən ibarət təxminən 450 nəfər qonaq qatılıb. Tədbirdə əvvəlcə Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirilib. Daha sonra Azərbaycanın AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov salamlama nitqi ilə çıxış edib. Səfir Pərviz Şahbazov hazırda regionda tam müstəqil xarici siyasət yürüdən ölkəmizin uğurlarından, beynəlxalq arenada artan rolundan, Azərbaycan-Almaniya münasibətlərinin hərtərəfli inkişafından, eləcə də Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Daha sonra tədbir iştirakçıları ziyafətə dəvət olunublar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR