Bank Of Baku

Bolqarıstanın keçmiş dövlət və hökumət rəhbərləri Bakıya səfərə gələcək - FOTO

Bolqarıstanın keçmiş dövlət və hökumət rəhbərləri Bakıya səfərə gələcək - <span style="color: red;">FOTO
# 23 aprel 2014 12:59 (UTC +04:00)

Bakı-APA. Bolqarıstanın keçmiş dövlət və hökumət rəhbərləri Bakıya səfərə gələcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bolqarıstanda 1990-97-ci illərdə ölkəyə rəhbərlik etmiş Jelyu Jelev və 1997-2002-ci illərdə prezident olmuş Petar Stoyanov, həmçinin 1991-1992-ci illərin Baş naziri Filip Dimitrov aprelin 27-30-da Azərbaycanda səfərdə  olacaq. Bolqar siyasətçilərin səfərinin məqsədi Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin layihələrində iştirak etməkdir.

 

Qeyd edək ki, Petar Stoyanov eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvüdür. Sabiq prezident aprelin 27-də Mərkəzin İdarə Heyətinin VI beynəlxalq toplantısında və I Assambleyasında iştirak edəcək, aprelin 28-də isə forumun işinə qatılacaq.  Petar Stoyanovun forumda davamlı inkişaf, onun məqsəd və hədəfləri mövzusunda çıxışı nəzərdə tutulub. Jelyu Jelev isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi Mərkəzin  I Assambleyasında və forumda  iştirak edəcək.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən II Qlobal Müştərək Cəmiyyətlər Forumuna 45 ölkənin dövlət və hökumət rəhbəri qatılacaq. Onların arasında Finlandiya, Latviya, Estoniya, Moldova, Rumıniya, Serbiya, Xorvatiya, İsrail və digər ölkələrin sabiq rəhbərləri də var.

 

Forumda açıq cəmiyyətlərin əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi kimi məsələlər müzakirə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR