Bakı – APA. Ukraynanın dövlət və siyasi xadimi, ölkənin 3-cü prezidenti olmuş (2005-2010) Viktor Yuşşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 27-30 Bakıda səfərdə olan Viktor Yuşşenko Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə aprelin 27-30-da Bakıda keçirilmiş II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi yaradılıb. Mərkəzinin əsas məramı müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunaraq Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin daha geniş miqyasda dünyaya yaymaqdı.
Azərbaycanda təsis olunmasına baxmayaraq, mərkəzin qərarverici qurumu və üzvləri beynəlxalq heyətdir.