Dağıstanda növbəti atışmada polis əməkdaşı və müstəntiq yaralanıb

Dağıstanda növbəti atışmada polis əməkdaşı və müstəntiq yaralanıb
# 26 dekabr 2013 22:25 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Xasavyurt şəhərində naməlum silahlı şəxslər polis maşınını atəşə tutub, nəticədə 2 asayiş keşikçisi yaralanıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstan DİN-in mətbuat xidmətinin nümayəndəsi bildirib.

“Polis maşınında sahə müvəkkilli və müstəntiq olub. Onlar güllə yaraları ilə xəstəxanaya yerləşdirilib. Hücum edən şəxslərin axtarışı aparılır”, deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR