Ötən il Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Ötən il Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
# 05 yanvar 2017 06:26 (UTC +04:00)

2016-cı ildə Gürcüstana 1 mln. 523 min 75 nəfər Azərbaycan vətəndaşı səfər edib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze bildirib.

Onun sözlərinə görə, bu göstərici ilə Azərbaycan liderdir.

İkinci yerdə Ermənistan qərarlaşıb - bu ölkənin 1 mln. 496 min 246 nəfər vətəndaşı Gürcüstana səfər edib.

Türkiyə (1 mln. 254 min 89 nəfər), Rusiya (1 mln. 37 min 564 nəfər) və Ukrayna (172 min 631 nəfər) müvafiq olaraq üçüncü, dördüncü və beşinci yeri tutublar.

Onun sözlərinə görə, 2016-cı ildə Gürcüstana ümumilikdə 6 mln. 350 min 825 nəfər xarici vətəndaş səfər edib ki, bu da 2015-ci illə müqayisədə 7,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR