Rusiya Azərbaycanın “Bakı Gəmiqayırma Zavodu”na sərnişin katerləri sifariş verib

Rusiya Azərbaycanın “Bakı Gəmiqayırma Zavodu”na sərnişin katerləri sifariş verib
# 31 iyul 2014 09:02 (UTC +04:00)

APA-nın “Portnews”a istinadən verdiyi məlumata görə, artıq tərəflər arasında müqavilə bağlanıb, katerlərin tikintisinə avqust ayında başlanacaq. Müqavilə üzrə sifarişlər 2016-cı ilin may ayına qədər başa çatdırılmalıdır.

Uzunluğu 38,22 metr, eni 8.2 metr, işçi heyəti 8 nəfər təşkil edən katerlər 80 nəfərlik heyəti və yükləri mobil dəniz qazma qurğularına, dənizdəki digər neft və qaz obyektlərinə daşımaq üçün nəzərdə tutulur.

Katerlər sahildən 100 dəniz mili uzaqlaşa bilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR