Bank Of Baku

Alban-udi Xristian İcmasının sədri: “Alban kilsəsi bərpa edilməli və statusa malik olmalıdır”

Alban-udi Xristian İcmasının sədri: “Alban kilsəsi bərpa edilməli və statusa malik olmalıdır”
# 18 sentyabr 2014 08:42 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Alban-udi Xristian İcması alban kilsəsini bərpa etməyə çalışır. Alban kilsəsi bərpa edilməli və statusa malik olmalıdır”. APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsində “Şöhrət” ordeni ilə təltif olunması ilə bağlı tədbirdə çıxış edən Alban-udi Xristian İcmasının sədri Robert Mobili deyib.

 

R. Mobili bildirib ki, alban kilsəsinin fəaliyyətə başlaması Azərbaycanda və dünyada alban kilsələrinin bərpası və qorunması üçün çox mühümdür: “Universiteti bitirəndən sonra geoloq işlədiyim zaman alban abidələrinə ögey yanaşıldığının şahidi oldum. Cəmiyyətdə bu kilsələrin erməni kilsəsi olması barədə yanlış rəy yaradılmağa çalışılırdı. Udilər həm etnik, həm də dini baxımdan fərqlidir. Bizim icmanın yaşaması və qayğı ilə əhatə olunması Azərbaycanda tolerantlığın bariz nümunəsidir. Biz alban kilsəsinin bərpa olunmasına çalışırıq. Bu, alban kilsələrinə qarşı ermənilərin iddialarının tam aradan qaldırılmasına qarşı mübarizə istiqamətində də mühüm addım olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR