Bank Of Baku

Alban-udi Xristian İcmasının sədrinə “Şöhrət” ordeni təqdim edilib

Alban-udi Xristian İcmasının sədrinə “Şöhrət” ordeni təqdim edilib
# 18 sentyabr 2014 08:45 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Alban-udi Xristian İcmasının sədri Robert Mobilinin Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilməsi ilə bağlı tədbir keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, R.Mobili Azərbaycanın ictimai-siyasi həyatında fəallığı ilə seçilib.

 

Onun sözlərinə görə, işğalçı Ermənistanın xristian alban abidələri ilə bağlı iddialarının ifşa olunması istiqamətində R.Mobilinin səyi nəticəsində effektiv mübarizə aparılır, Azərbaycanda dini tolerantlığın qorunmasında Alban-udi Xristian İcmasının və R.Mobilinin də xüsusi rolu var. Daha sonra M.Qurbanlı “Şöhrət” ordenini R.Mobiliyə təqdim edib.

 

R.Mobili deyib ki, prezident İlham Əliyevin Alban-udi Xristian İcmasına qiymət verməsi və onu “Şöhrət” ordeni ilə təqdim etməsi dövlət qayğısının təzahürüdür: “Şöhrət” ordenini müstəqil Azərbaycanın adından alırıq. Azərbaycanın müstəqilliyi bizim üçün böyük dəstəkdir. Udilər üçün Azərbaycan tarixi vətəndir və biz vətənimizi qorumalıyıq”.

 

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev və Azərbaycandakı dini icmaların sədrləri çıxış edərək R.Mobilini təbrik ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR