Bank Of Baku

Allahşükür Paşazadə: “Səudiyyə Ərəbistanında Yaxın Şərq koronovirusunun yayılması təhlükəli həddə deyil”

Allahşükür Paşazadə: “Səudiyyə Ərəbistanında Yaxın Şərq koronovirusunun yayılması təhlükəli həddə deyil”
# 05 iyun 2014 11:57 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında dostluq qrupunun rəhbəri Abdulla ibn Muhəmməd ən-Nasir deyib.

 

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının kralı MERS virusu ilə bağlı məsələyə xüsusi diqqət ayırır, xəstəliyin qarşısının alınması istiqamətində tədbirlər görülür.

 

Abdulla ibn Muhəmməd Ən-Nasir MERS virusunun Səudiyyə Ərəbistanında kütləvi yayılmadığını da qeyd edib: “Biz bu virusun yayılmasının qarşısını almağa, məhdudlaşdırmağa nail olmuşuq. Bu məsələ KİV-də şişirdilib. Həcc ziyarəti dövrü olmasa da, Ümrə ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanına minlərlə insan gəlir və onların arasında bu virusa yoluxma halı qeydə alınmayıb. Bu xəstəliyin yayıldığı yerlər arasında Məkkə və Mədinə kimi müqəddəs yerlər yoxdur. Bu virus əsasən paytaxt Ər-Riyadda və ölkənin bəzi yerlərində qeydə alınıb. Bununla belə, biz bu xəstəliklə mübarizəyə həm yerli, həm də xarici həkimləri cəlb etmişik, peyvəndlər alıb gətirmişik. Bu xəstəlik deyildiyi kimi qorxulu deyil”.

 

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə belə məsələlərin tez-tez ortaya atıldığını, burada da düşmənçiliyin hiss edildiyini bildirib: “Bir vaxtlar “donuz qripi” məsələsi yayılmışdı, yalan çıxdı. İndiyədək bu barədə Azərbaycanın həcc missiyasına məlumat daxil olmayıb. Çünki bu o qədər kiçik məsələdir ki, bu barədə bizə məlumat göndərməyiblər. Təhlükəli hallar olanda bizə məlumat göndərirlər”.

 

A.Paşazadə deyib ki, hər il olduğu kimi, bu il də zəvvarlara ümumi peyvəndlər vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR