Bank Of Baku

“Günəşli” yatağında baş verən faciədə həyatını itirənlər üçün Azərbaycanın bütün məscidlərində dualar oxunacaq

“Günəşli” yatağında baş verən faciədə həyatını itirənlər üçün Azərbaycanın bütün məscidlərində dualar oxunacaq
# 07 dekabr 2015 11:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bu günlərdə Azərbaycandakı bütün məscidlərdə “Günəşli” neft yatağında baş vermiş hadisə nəticəsində həyatını itirən neftçilərin xatirəsi yad olunacaq, onlar üçün Quran oxunacaq, dualar ediləcək. 

 

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bununla bağlı göstəriş verib.

 

Allahşükür Paşazadə ARDNŞ-nin Xəzər dənizində baş verən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib, ölənlərə rəhmət, xəsarət alanlara şəfa diləyib.

 

QMİ sədri bütün Azərbaycan xalqına və fədakar neftçilərin ailə üzvlərinə Allah-Təaladan səbir və məğfirət, yaralılara şəfa, xilasedicilərin işinə Uca Yaradanımızdan rəvac diləyir: “Allah Vətənimizi hifz etsin!”

            

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR