Bank Of Baku

Allahşükür Paşazadənin rəhbərliyi ilə din xadimlərindən ibarət nümayəndə heyəti Türkiyəyə səfər edəcək

Allahşükür Paşazadənin rəhbərliyi ilə din xadimlərindən ibarət nümayəndə heyəti Türkiyəyə səfər edəcək
# 01 fevral 2014 07:44 (UTC +04:00)

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi Mərmərə Qrupu Vəqfinin təşkilatçılığı ilə fevralın 4-6-da keçiriləcək 17-ci Avrasiya İqtisadi Zirvəsində iştirak etməkdir.

 

Vəqfin rəhbəri Akkan Suverin dəvəti əsasında həyata keçirilən səfərdə QMİ sədri ilə bərabər, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri - Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı katolik icmasının ordinarisi Vladimir Fekete iştirak edəcəklər.

 

Bir sıra tanınmış dövlət, ictimaiyyət və din xadimlərinin iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbirdə regional və qlobal dialoqun sülh və barış  prosesində əhəmiyyəti mövzusunda keçiriləcək iclasda A. Paşazadə və Azərbaycandakı dini konfessiya rəhbərləri məruzə ilə çıxış edəcəklər. QMİ sədri çıxışında Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dini-mənəvi dəyərlərə göstərilən diqqət və qaygı, habelə mövcud dini tolerantlıq mühiti barədə fikirlərini Zirvə iştirakçılarının diqqətinə çatdıracaq.

 

Səfər müddətində QMİ sədri və onu müşayiət edən din xadimlərinin Rum Ortodoks Patriarxı Varfolomey tərəfindən qəbul edilməsi nəzərdə tutulur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR