Bank Of Baku

Allahşükür Paşazadəyə Belarusun “Fransisk Skorina” ordeni təqdim edilib - FOTO

Allahşükür Paşazadəyə Belarusun “Fransisk Skorina” ordeni təqdim edilib - <span style="color: red;">FOTO
# 17 noyabr 2014 06:25 (UTC +04:00)

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, QMİ sədri sözügedən ordenlə Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən təltif edilib. Belarusun dövlət başçısı müvafiq göstərişi sentyabrın 1-də imzalayıb.

 

Şeyxülislam fəaliyyətinə verilən yüksək qiymətə görə A. Lukaşenkoya minnətdarlığını bildirib, ona təqdim edilən ordeni Azərbaycanda mövcud tolerantlıq ənənələrinə verilən yüksək qiymət kimi dəyərləndirib.

 

A. Paşazadə ali mükafata Belarus-Azərbaycan dövlətlərarası münasibətlərinin inkişafına verdiyi şəxsi töhfəsinə, Belarus və Azərbaycan respublikaları arasında ticari-iqtisadi və mədəni əlaqələrin genişlənməsi fəaliyyətinə, həmçinin dinlərarası razılığın möhkəmləndirilməsi sahəsində gördüyü işlərə görə layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR