Bank Of Baku

Azərbaycan, Gürcüstan, Rusiya və İranda bütün məscidlərdə Heydər Əliyevlə bağlı moizələr oxunub

Azərbaycan, Gürcüstan, Rusiya və İranda bütün məscidlərdə Heydər Əliyevlə bağlı moizələr oxunub
# 12 dekabr 2014 12:46 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün - mərhum prezident Heydər Əliyevi anım günündə Qafqaz Müsəlmanları İdarəsinin tabeliyində olan məscidlərin hamısında Heydər Əliyevin xatirəsi yad edilib.

 

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün məscidlərdə mərhumun ruhuna dualar oxunub.

 

Bu gün cümə namazı zamanı moizələrdə Heydər Əliyev şəxsiyyətinin Azərbaycan xalqının xilaskarı olaraq misilsiz fəaliyyəti, habelə milli-mənəvi və dini dəyərlərinə ehtiram və qayğısı xüsusi vurğulanıb. Dindarlar bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş və prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən milli-mənəvi, dini dəyərlərə, multikulturalizm ideyalarına ehtiram və qayğının davamlı olması üçün dualar ediblər. Heydər Əliyevin əziz xatirəsinə bütün məscidlərdə ehsan mərasimləri keçirilib. Eyni zamanda QMİ-nin Gürcüstan, Türkiyə, Rusiya və İrandakı nümayəndəliklərində də ulu öndəri anma mərasimləri keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR