Bank Of Baku

Azərbaycanda dini dəyərləri təbliğ edən qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması qaydası dəyişib

Azərbaycanda dini dəyərləri təbliğ edən qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması qaydası dəyişib
# 03 mart 2016 18:24 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA.  Ədliyyə Nazirliyinin Kollegiyası “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”nda dəyişikliklər edib. 

 

APA-nın məlumatına görə, nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlıdır. 

 

Dəyişikliyə əsasən bundan sonra nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəy məktubu tələb olunacaq. 


 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR