Bank Of Baku

Azərbaycanda qeydiyyatı ləğv olunan dini icma Dövlət Komitəsini məhkəməyə verib

Azərbaycanda qeydiyyatı ləğv olunan dini icma Dövlət Komitəsini məhkəməyə verib
# 27 may 2014 09:09 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Fatimeyi-Zəhra” dini icması Komitənin müraciəti əsasında dini icmanın dövlət qeydiyyatının məhkəmə yolu ilə ləğv olunması ilə bağlı 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.

 

İki ay əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinə müraciət edərək, “Fatimeyi-Zəhra” dini icmasının dövlət qeydiyyatının ləğv edilməsi barədə iddia qaldırıb.

 

Məhkəmə Dövlət Komitəsinin iddiasını təmin edərək, icmanın dövlət qeydiyyatını ləğv edib.

 

Qərardan narazı qalan dini icma apelyasiya şikayəti verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR