Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Salahlı dekabrın 9-10-da Tehranda “Ekstremizmə və ifratçılığa qarşı bir dünya” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. Onun məruzə ilə çıxış etməsi nəzərdə tutulub.
Konfransda 50-dən çox ölkədən siyasi xadimlər, elm adamları və islamşünaslar iştirak edəcəklər.