Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanlılar artıq İraq Daxili İşlər Nazirliyinin razılığı olmadan bu ölkədəki müqəddəs yerləri ziyarət edə biləcəklər.
APA-nın xəbərinə görə, bunu İraqın Azərbaycandakı səfiri Heydər Şiə əl-Barrak özünün “Facebook” səhifəsində yazıb. O qeyd edib ki, bu barədə İraq baş naziri qərar qəbul edib: “Bununla əlaqədar olaraq İraq Respublikasının Azərbaycan Respublikasındakı səfiri müqəddəs yerləri ziyarət üçün azərbaycanlı zəvvarlara fərdi və qrup halında viza vermək səlahiyyətinə malikdir”.