Bakı - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Heydər Əliyevin anadan olmasının 91 ili münasibətilə dini icmaların nümayəndələri arasında “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı məqalə müsabiqəsini yekunlaşdırıb.
Müsabiqənin münsiflər heyətinin sədri, DQİDK-nın sədrinin I müavini Səyyad Salahlının APA-ya verdiyi məlumata görə, ümumilikdə 50-yə yaxın yazı müsabiqədə iştirak edib.
İctimai, siyasi, yaradıcılıq təşkilatlarının nümayəndələrindən və komitə rəhbərliyindən ibarət olan münsiflər heyəti üzvlərinin verdiyi qiymətlərə əsasən ilk üçlük müəyyənləşib. Belə ki, 3-cü yerə Qaradağ rayonu, Qızıldaş qəsəbə məscidi dini icmasının sədri Fərhad Ağayev, 2-ci yerə Oğuz şəhəri Cümə məscidi dini icmasının sədri Şövkət Cəlilov və 1-ci yerə Göyçay rayon Mərkəz məscidi dini icmasının sədri Müşfiq Əsgərov layiq görülüblər. Bundan başqa, 3 nəfər həvəsləndirici mükafat qazanıb.
Qeyd edək ki, I yerin qalibi 500 , II yerin qalibi 400, III yerin qalibi 300 manat pul və Dövlət Komitəsi tərəfindən diplomlarla mükafatlandırılacaqlar.