APA-nın Cənub bürosunun verdiyi məlumata görə, mərhum doğulduğu Masallı rayonunun Türkoba kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində QMİ-nin və yerli icra strukturlarının nümayəndələri, din xadimləri, kənd sakinləri iştirak ediblər. Dəfn mərasimi zamanı QMİ sədrinin müavini Hacı Fuad Nurulla, QMİ-nin cənub bölgəsi üzrə Qazısı Mirqiyas Təhməzov, Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev, QMİ-nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə və başqaları çıxış edərək Hacı Mirəziz Seyidzadənin xidmətlərindən söz açıblar.
Qeyd edək ki, Hacı Mirəziz Seyidzadə ürək ağrılarından əziyyət çəkirmiş. O, ötən gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.