Bakı. Cavid Zeynallı - APA. İSESCO-nun baş direktoru Әbdülәziz Osman Әl Tüveycri və İSESCO-ya daxil olan ölkələrin təmsilçiləri Bakıdakı Heydər məscidində ehtiram namazı qılıblar.
APA-nın məlumatına görə, beynəlxalq təşkilata daxil olan ölkələrin nümayəndələri Heydər məscidi ilə tanış olublar.
Tanışlıq mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini və Heydər məscidinin direktoru Hacı Sabir Həsənli iştirak edib.
Qonaqlara məscid barədə ətraflı məlumat verilib.