Bank Of Baku

İsrail Qüdsdəki “Əl-Əqsa” məscidinə girişə qoyduğu qadağanı ləğv edib

İsrail Qüdsdəki “Əl-Əqsa” məscidinə girişə qoyduğu qadağanı ləğv edib
# 31 oktyabr 2014 02:43 (UTC +04:00)

Bakı-APA. İsrail hökuməti Qüdsdəki “Əl-Əqsa” məscidinə girişə qoyduğu qadağanı ləğv edib. APA-nın “Sky News Arabia”-ya istinadən verdiyi xəbərə görə, bundan sonra məscidə gələn dindarlar üçün yaş məhdudiyyəti tətbiq ediləcək. Belə ki, 50 yaşdan aşağı dindarların məscidə girməsi qadağan olunub.   

 

Bundan əvvəl İsrail  Qüdsdəki “Əl-Əqsa” və Kubbə əs-Səhr məscid kompleksinə girişi qadağa etmişdi. Buna səbəb İsraildə sağçı  ravvin İyequdu Qlikə edilən sui-qəsdən sonra baş vermiş iğtişaşlar olub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR