Bank Of Baku

Mübariz Qurbanlı: “Dünyada dinlərarası münaqişələr yaşansa da, Azərbaycanda bu cür hallar mövcud deyil”

Mübariz Qurbanlı: “Dünyada dinlərarası münaqişələr yaşansa da, Azərbaycanda bu cür hallar mövcud deyil”
# 14 oktyabr 2014 12:24 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mardı qəbul edib.

 

Komitədən APA – ya verilən məlumata görə, M. Qurbanlı rəhbərlik etdiyi qurumun yaranması və fəaliyyət istiqamətləri haqqında səfirə ətraflı məlumat verib, ölkəmizdə mövcud tolerantlıq, dinlərarası münasibətlər haqqında danışıb.

 

O qeyd edib ki, bu gün dünyada, xüsusən Avropada, Yaxın Şərqdə dinlərarası münaqişələr yaşansa da, Azərbaycanda bu cür hallar mövcud deyil.

 

Görüşdə həmçinin Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin inkişafı, o cümlədən din sahəsi ilə bağlı məsələlər müxtəlif aspektlər müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR