Bank Of Baku

Mübariz Qurbanlı: “Radikal təriqətlərin təsir dairəsindəki dini icmalarla lazımi iş aparılıb”

Mübariz Qurbanlı: “Radikal təriqətlərin təsir dairəsindəki dini icmalarla lazımi iş aparılıb”
# 21 iyun 2016 09:44 (UTC +04:00)

 
Bakı. Ramiz Mikayıloğlu - APA. “Dövlət-din münasibətlərini tənzimləyən mərkəzi icra hakimiyyəti orqanı MDB ölkələri arasında ilk dəfə məhz Azərbaycanda yaradılıb”. 
 
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. 
 
M. Qurbanlı deyib ki, sonradan MDB-nin, eləcə də Avropanın bir sıra dövlətləri Azərbaycanın təcrübəsindən yararlanaraq bu statusda dövlət qurumları təsis etməyə başlayıb: “Dövlət Komitəsi fəaliyyət göstərdiyi illər ərzində din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyllərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Ölkədə dini durum, bu sahədə mövcud problemlər, zərərli təriqətlərin təbliği, dini icmaları narahat edən məsələlər dərindən öyrənilib və onların həllində müsbət nəticələr əldə olunub. Dini durumdakı neqativ halların aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirilib, radikal təriqətlərin təsir dairəsindəki dini icmalarla lazımi iş aparılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR