Bank Of Baku

Mübariz Qurbanlı Dağ yəhudiləri sinaqoqunda olub

Mübariz Qurbanlı Dağ yəhudiləri sinaqoqunda olub
# 03 noyabr 2014 16:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyri-islam təmayüllü dini icmalarla tanışlıq məqsədilə bu gün Bakı şəhəri Dağ yəhudiləri dini icmasının fəaliyyət göstərdiyi Dağ yəhudiləri sinaqoqunda olub.

 

Komitədən APA-ya verilən məlumata görə, M. Qurbanlı həmçinin Bakı şəhəri Dağ yəhudiləri dini icmasının idarə heyətinin üzvləri ilə görüşüb.

 

Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev icmanın fəaliyyəti haqqında geniş məlumat verib. Ölkəmizdə dinə göstərilən xüsusi qayğıdan söhbət açan icma sədri qeyd edib ki, Azərbaycan həmişə müxtəlif xalqların, millətlərin və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu tarixi məkan olub. Ölkədə bütün azsaylı xalqlara, dinlərə və millətlərə qarşı yüksək mədəniyyət nümayiş etdirildiyini deyən icma sədri ölkə başçısının din sahəsinə diqqət və qayğısından danışıb. O bildirib ki, prezident İlham Əliyev Azərbaycan ərazisində yaşayan bütün xalqların nümayəndələrinə bərabər münasibət bəsləyir: “Azərbaycanda kiçik xalq olmağımıza baxmayaraq, prezident İlham Əliyev bizə diqqət göstərir. Dağ yahudiləri özlərinin və övladlarının taleyini ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyevə etibar edir".

 

Dövlət Komitəsinin sədri isə respublikadakı dini konfessiyalara dövlət qayğısından danışaraq bildirib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir: “Ölkəmizdə istənilən dini icmanın azad fəaliyyətinə tam şərait var. Azərbaycan tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasındadır. Tolerantlığın təminatı üçün hökumət tərəfindən müəyyən addımlar atılıb. İstər paytaxtda, istərsə də bölgələrdə dini münasibətlərlə bağlı təhlillər aparsaq, xristian, müsəlman və yəhudi dini icmalarının paralel şəkildə dinc yanaşı mövcud olduğunu görə bilərik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR