Bank Of Baku

Ordinari: "Roma Papası Azərbaycanı tolerant ölkə kimi qəbul edir və qiymətləndirir"

Ordinari: "Roma Papası Azərbaycanı tolerant ölkə kimi qəbul edir və qiymətləndirir"
# 14 sentyabr 2016 09:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Roma Papası Fransiskin Azərbaycana münasibəti çox yaxşıdır".

 

APA-nın məlumatına görə, bu sözləri Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, Roma Papası bu ilin mart ayında Vatikanda Azərbaycan prezidenti və xanımı ilə görüşüb: "Roma Papasının Azərbaycana səfəri ölkədə elan olunmuş multikulturalizm ilində baş tutur. O, burada bütün dinlərin nümayəndələri ilə görüşəcək. Papa Azərbaycanı tolerant ölkə kimi qəbul edir və qiymətləndirir".

 

Roma Papası Azərbaycana oktyabrın 2-də səfər edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR