QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ərbəin - İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü münasibətilə Azərbaycan məscidlərində matəm mərasimləri təşkil ediləcək. Paytaxtda və şimal bölgəsinin bəzi məscidləri istisna olmaqla, bütün bölgələrdəki məscidlərdə keçiriləcək mərasimlərdə Kərbəla hadisəsinin tarixi mahiyyəti, vətən, iman sevgisi, torpağa bağlılıq təlqin olunacaq.
Məclislərdə Kərbəla şəhidlərinin şəninə xütbələr oxunacaq, vətən uğrunda şəhid olanların əziz xatirəsi yad ediləcək.