Bank Of Baku

QMİ: Nardaranda fəaliyyət göstərən məscidlərdən yalnız biri qeydiyyatdan keçib

QMİ: Nardaranda fəaliyyət göstərən məscidlərdən yalnız biri qeydiyyatdan keçib
# 07 dekabr 2015 09:49 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Nardaran qəsəbəsində yalnız bir məscidi rəsmi tanıdığını açıqlayıb.

 

Bu barədə APA-ya QMİ-nin təşkilati məsələlər şöbəsinin müdiri Hacı Əlirza Qafarov bildirib.O qeyd edib ki, Nardaran qəsəbəsi üzrə yalnız Cümə məscidi qeydiyyata alınıb və QMİ tərəfindən axund təyin olunub: “Həmin məscidin axundu Hacı Musa Qasımovdur”.

 

Onun sözlərinə görə, qəsəbədəki digər məscidlər - Rəhimə Xanım məscidi, Qulam Əli məscidi, Kiçik məscidi və Ağa məscidində QMİ tərəfindən təyinat olmayıb: “İdarə onların fəaliyyətinə görə heç bir məsuliyyət daşımır”.

 

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da Nardarandakı məscidlərin qeydiyyatdan keçmədiyini bildirmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR