Bank Of Baku

QMİ sədri İranın aparıcı mətbuat orqanlarının bir qrup əməkdaşını qəbul edib - FOTO

QMİ sədri İranın aparıcı mətbuat orqanlarının bir qrup əməkdaşını qəbul edib - <span style="color: red;">FOTO
# 16 oktyabr 2014 15:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. İranın aparıcı mətbuat orqanlarının bir qrup əməkdaşı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) olub. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, jurnalistlər əvvəlcə Təzəpir məscidini ziyarət edib, kitabxanada saxlanılan qədim “Quran” nüsxələri və nadir əlyazmalarla tanış olublar.

 

Sonra jurnalistləri QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə qəbul edib. O, Azərbaycan-İran münasibətlərinin tarixi, bugünkü durumu, ölkədə din-dövlət münasibətləri və bu sahədə görülən işlər barədə iranlı jurnalistlərə məlumat verib. Daha sonra QMİ sədri jurnalistləri maraqlandıran sualları ətraflı cavablandırıb. Görüşün sonunda jurnalistlərə xatirə hədiyyələri təqdim edilib.

 

Görüşdə QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, sədrin müavini Hacı Fuad Nurullah və İran ali dini rəhbərinin təmsilçisi ayətullah Seyid Əli Əkbər Ocaqnejad iştirak ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR