Bank Of Baku

Roma Papasının Azərbaycana səfəri “Hamımız qardaşıq” şüarı altında həyata keçiriləcək

Roma Papasının Azərbaycana səfəri “Hamımız qardaşıq” şüarı altında həyata keçiriləcək
# 06 sentyabr 2016 19:56 (UTC +04:00)

Bakı-APA.  Roma Papasının Azərbaycana planlaşdırılmış səfəri “Hamımız qardaşıq” şüarı altında həyata keçiriləcək.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

 

Məlumata görə, Roma Papası Fransisk Qafqaza sentyabrın 30-dan oktyabrın 2-dək davam edəcək ikinci apostol səfəri çərçivəsində Gürcüstan və Azərbaycana gələcək.   

 

““Hamımız qardaşıq” şüarı “Matfeydən İncil”də yer almış kəlamlardan (23,8) və roma-katolik kilsəsinin “bütün insanlar vahid ailənin bir hissəsidir, qardaşlığa və dostluğa şağrılırlar”    təlimindən ilhamlanıb”, - deyə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

 

Məlumatda həmçinin qeyd olunur ki, səfərin loqotipi şüarın mahiyyətini əks etdirir. 

 

Qeyd edək ki, planlaşdırılan səfər hazırkı papanın sayca 16-cı xarici səfəridir. Səfərin proqramına əsasən, Fransisk sentyabrın 30-da Tiflisə, oktyabrın 2-də isə Azərbaycana səfər edəcək. Roma Papası bu ilin iyununda İrəvana səfər etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR