Bank Of Baku

Saatlıda “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda konfrans keçirilib

Saatlıda  “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda konfrans keçirilib
# 15 dekabr 2015 12:07 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı - APA. Dini Qurumlar üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Saatlıda “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda konfrans keçirib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, konfransda rayonun dini icma rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak edib. Tədbirdə çıxış edənlər dövlət-din münasibətlərindən, ölkəmizin tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsində belə keyfiyyətlərin əhəmiyyətindən və s. danışıblar.

 

DQİDK sədri Mübariz Qurbanlı konfransda çıxış edərək, ümumbəşəri dəyərlərə münasibətdə zəngin təcrübəyə malik Azərbaycanda islamın tarixi, milli-mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar məsələlərdən danışıb.

 

Komitə sədri geosiyasi maraqların getdikcə şiddətlənməsinin təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyllərinin güclənərək dəhşətli nəticələrə səbəb olduğunu vurğulayıb. O, bildirib ki, bu gün bəzi müsəlman ölkələrində baş verən hadisələr, silahlı münaqişələr məhz geosiyasi maraqların toqquşmasından irəli gəlir. Bəzi qüvvələr islamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər. Komitə sədri bu cür hallara qarşı birgə mübarizənin əhəmiyyətini, bu sahədə maarifləndirmənin zəruri olmasını önə çəkib.

Konfransda vurğulanıb ki, ölkədə mövcud olan dini tolerantlıq və dövlət-din münasibətləri digər ölkələr üçün nümunədir.

 

Konfransda Nardaran hadisələrinə də münasibət bildirilib. Natiqlər özünü “Müsəlman Birliyi Hərəkatı” adlandıran qurumun təxribatçı əməllərini pisləyib, onların pozuculuq fəaliyyətini ölkəmiz ictimai-siyasi sabitliyinə, tolerantlıq mühitinə, demokratik əsaslarına qarşı din pərdəsi altında yönələn xəyanət hesab ediblər. Qeyd olunub ki, kimlərinsə əlində alətə çevrilən bu cinayətkar qurumun əməllərini ifşa etmək hər kəsin vətəndaşlıq mövqeyi olmalıdır.

 

Konfransda Milli Məclisin deputatı Əflatun Amaşov və rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov iştirak edib.

 

Konfrans başa çatdıqdan sonra komitə sədri M. Qurbanlı Saatlıdakı “Cümə” məscidində dindarlarla görüşüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR