Bank Of Baku

Saatlıda QAZ, Sumqayıtda isə "Mercedes" yanıb

Saatlıda QAZ, Sumqayıtda isə "Mercedes" yanıb
# 15 avqust 2015 01:44 (UTC +04:00)

Bakı-APA. Saatlıda və Sumqayıtda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Saatlı rayonu, Musalı kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus QAZ markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Sumqayıt şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin salonu və yük hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR