Bank Of Baku

Allahşükür Paşazadə Novruz bayramı münasibəti ilə təbrk müraciəti yayıb

Allahşükür Paşazadə Novruz bayramı münasibəti ilə təbrk müraciəti yayıb
# 17 mart 2016 13:20 (UTC +04:00)

QMİ-dən APA-ya verilən məlumata görə, təbrikdə Novruzun qədim Azərbaycan tarixində özəl yeri və önəmi olan xalq bayramı olduğu vurğulanıb: "Yaşadığımız hər bir an, varlığımız üçün Uca Yaradana həmd-səna edən biz müsəlmanlar Novruz bayramını Allahın böyük lütfü kimi dəyərləndiririk. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edən Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzi olub, Ulu Yaradan tərəfindən xəlq olunmuşların ən alisi olan insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti yaşadır. Bu bayram Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə sövq edir, qəlbindəki ülvi arzuları dirçəldir. Allaha çox şükürlər olsun ki, xalqımız ildən-ilə hər Novruza daha böyük inamla qədəm qoyur. Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi daha da artırır".

 

Bayram münasibəti ilə Azərbaycan xalqını təbrik edən Allahşükür Paşazadə hər bir ailəyə səadət, xoş ovqat arzulayıb: "Allahdan diləyim budur ki, öz böyük mərhəmət və kəramətini xalqımızın üzərindən əskik etməsin və bütün ülvi arzularımız, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin. Qoy Novruzun qədəmləri mübarək olsun!”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR