Bank Of Baku

Vladimir Fekete: “Papa deyir ki, müharibə və zorakılıq həmişə daha çox zorakılıq gətirir”

Vladimir Fekete: “Papa deyir ki, müharibə və zorakılıq həmişə daha çox zorakılıq gətirir”
# 14 sentyabr 2016 09:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Dağlıq Qarabağ münaqişəsi 25 ilə yaxındır davam edir və bütün azərbaycanlılar üçün ağrılı məsələdir”.

 

APA-nın məlumatına görə, bu sözləri katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete Roma papasının Azərbaycana gözlənilən səfəri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, münaqişənin həlli siyasətçi və diplomatların  işidir: “Lakin katolik kilsəsi olaraq biz deyirik ki, hamımız qardaşıq. Düşünürük ki, bütün münaqişələr danışıqlar masası arxasında həll olunmalıdır. Papa deyir ki, müharibə və zorakılıq həmişə daha çox zorakılıq gətirir. Münaqişələr sülh və diplomatik yolla həll olunmalıdır”.

 

Roma Papası Azərbaycana oktyabrın 2-də səfər edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR