Bank Of Baku

Yardımlıda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilir

Yardımlıda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilir
# 28 iyul 2015 14:01 (UTC +04:00)

Yardımlı. Ağəddin Babayev – APA. İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Yardımlı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə rayon mədəniyyət evində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans başlayıb.

 

APA-nın cənub bürosunun məlumatına görə, Cəlilabad, Masallı və Yardımlı rayonlarında fəaliyyət göstərən dini icmaların rəhbərlərinin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin, ziyalılar və  gənclərin iştirak etdikləri tədbiri giriş sözü ilə RİH başçısı Sevindik Hətəmov açıb.

 

Daha sonra DQİDK-nin sədri Mübariz Qurbanlının məruzə ilə çıxış edib. O, Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, onun milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü misilsiz xidmətlərindən, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən danışıb.

 

Bildirilib ki, Azərbaycan dünyəvi, hüquqi və demokratik dövlət olmaqla yanaşı,  həm də multikulturalizm və tolerantlıq ölkəsidir.

 

M. Qurbanlı İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasından, bəzi qüvvələrin İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla gözdən salmağa çalışmasından, terrorla əlaqələndirmək istəklərindən danışıb.

 

Regional konfrans sabah davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR