Bank Of Baku

Zaqatalada dini tolerantlıq mövzusunda tədbir keçirilib

Zaqatalada dini tolerantlıq mövzusunda tədbir keçirilib
# 23 aprel 2015 09:00 (UTC +04:00)

Bakı - APA. Prezident yanında Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Zaqatalada “Azərbaycanda dini tolerantlıq və multikulturalizm ənənələri” mövzusunda tədbir keçirilib.

 

Fonddan APA-ya verilən məlumata görə, yerli ziyalıların, Muxax, Zəyəm və Yuxarı Çardaxlar kəndlərinin müəllim və şagirdlər kollektivlərinin iştirak etdiyi tədbirdə Bilik Fondunun Zaqatala rayonu üzrə nümayəndəsi Kəmalə Əhmədova çıxış edib.

 

O, prezident İlham Əliyevin “Azərbaycanda multikulturalizm həyat tərzidir” fikrini əsas götürərək xalqımızın çoxəsrlik multikultural dəyərlərindən, ölkəmizdə yaşayan bütün millətlərin və dinlərin təmsilçilərinə eyni münasibətin göstərilməsindən bəhs edib.

 

Tədbirdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şimal-qərb bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov, Zaqata rayon Polis Şöbəsinin sahə rəisi Aqşin Gülməmmədov, Ağbirçəklər Şurasının sədri Sona Qazıyeva, Muxax kəndinin imamı Abdurahman Rəcəbov və RİH-nin əməkdaşı Rəfiqə Bağırova çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR