Bakıda Azərbaycan-ABŞ biznes forumu keçirilib - FOTOSESSİYA - VİDEO

Bakıda Azərbaycan-ABŞ biznes forumu keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 25 noyabr 2013 09:55 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, ABŞ-ın Türkiyədə energetika, kimya, alternativ enerji, İKT, logistika və xidmət sahələrində fəaliyyət göstərən şirkətlərinin nümayəndələri iştirak ediblər. Ümumilikdə isə foruma Azərbaycan və ABŞ tərəfindən 70-ə yaxın iş adamı qatılıb.

Biznes forumun açılış mərasimində çıxış edən Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan-ABŞ əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını, iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsində biznes forum və işgüzar görüşlərin əhəmiyyətini vurğulayıb.

R.Məmmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qazanılmış nəticələr, ölkədə yaradılmış biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr barədə məlumat verib. O, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayaraq amerikalı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

ABŞ-ın Türkiyədəki səfirliyinin ticarət məsələləri üzrə müşaviri Maykl Lalli ABŞ və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ABŞ-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırıb.

Azpromo-nun nümayəndəsi Azər Hüseynov Azərbaycanın investisiya mühiti və biznes imkanları haqqında təqdimatla çıxış edib. Sonra ABŞ şirkətlərinin təqdimatları dinlənilib, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR