Zaqatala rayonunda 47 yaşlı kişi intihar edib

Zaqatala rayonunda 47 yaşlı kişi intihar edib
# 22 may 2013 09:51 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada 47 yaşlı kişi intihar edib. Zaqatala rayon Prokurorluğundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata əsasən, hadisə bu gün səhər saatlarında rayonun Gözbaraq kəndində qeydə alınıb. 1966-cı il təvəllüdlü, Gözbaraq kənd sakini İsayev Oruc Osman oğlunun meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidən asılı vəziyyətdə aşkarlanıb. Oruc İsyevin özünü hansı səbəbdən asması araşdırmalar sona çatdıqdan sonra məlum olacaq. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR