Bakıda liftdə qalmış 3 nəfər xilas edilib

Bakıda liftdə qalmış 3 nəfər xilas edilib
# 24 dekabr 2013 01:29 (UTC +04:00)

Bakı-APA. Bakının Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən I mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR