“Eurovision-2012” ərəfəsində Azərbaycanda terror törətməyə cəhddə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin olunmayıb

“Eurovision-2012” ərəfəsində Azərbaycanda terror törətməyə cəhddə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin olunmayıb
# 11 iyul 2013 13:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror hadisəsi törətməyə cəhddə təqsirləndirilən daha üç nəfərin apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayətləri təmin olunmayıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər – Faris Bayramov, İbrahim Sadıqov və Azər Nəzərovdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fariz Bayramov və İbrahim Sadıqovun hər biri 11 il, Azər Nəzərov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Həmin vaxt ümumilikdə 40 nəfər şəxs saxlanılıb. Onların bir neçəsinin məhkəməsi artıq başa çatıb və barələrində hökm elan olunub. Bir neçəsinin isə məhkəməsi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR