AMEA prezidenti Varşavada bir sıra görüşlər keçirib

AMEA prezidenti Varşavada bir sıra görüşlər keçirib
# 05 dekabr 2013 10:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Varşavada səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Polşa Elmlər Akademiyası (PEA) Geologiya İnstitutunun direktoru Marek Levandovski, Kristina Şeroçınska və İonna Miroslav-Qrabovska ilə görüşüb.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə gələcək ikitərəfli əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunub.

Akif Əlizadə Nüvə Kimyası və Texnologiyası İnstitutunun direktoru Andrey Xmelevski, MAGATE ilə əməkdaşlıq mərkəzinin direktoru Jimek Zbiqniev və doktor Voyçex Qluşevski ilə də görüşüb. Görüşdə Polşada elmi ezamiyyətdə olan azərbaycanlı alim Dinarə Abbasova da iştirak edib. Görüş zamanı yeni texnologiyalar, nüvə təhlükəsizliyi sahəsində institutun əldə etdiyi nailiyyətlər haqqında məlumat verilib. Akademik həmçinin 2014-cü ildə Varşavada keçiriləcək beynəlxalq konfransa fəxri üzv kimi dəvət alıb. AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli və Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov həmçinin keçirilən görüşlərdə iştirak ediblər.

Səfər çərçivəsində həmçinin AMEA prezidenti Akif Əlizadə Polşanın Elmlər Akademiyasının prezidenti Mixal Kleyberlə də görüşüb. Görüş zamanı ikitərəfli əməkdaşlıq sahəsində ətraflı danışıqlar aparılıb və hər iki Akademiya prezidentləri tərəfindən gələcək əməkdaşlığın əsasını qoymuş niyyət protokolu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR