Türkiyədə məhkəmə “YouTube”un açılmasına qərar verib

Türkiyədə məhkəmə “YouTube”un açılmasına qərar verib
# 04 aprel 2014 09:47 (UTC +04:00)

APA-nın xəbərinə görə, Ankaranın Gölbaşı rayon məhkəməsi “YouTube”a girişin qadağan olunması barədə qərarı ləğv edib. Qərar TİB (Telekommünikasyon İletişim Başkanlığı) adlanan dövlət telekommunikasiya qurumu tərəfindən icra olunduqdan sonra vətəndaşlar yenidən sərbəst şəkildə “YouTube”a daxil ola biləcəklər.

Qeyd edək ki, Türkiyə Konstitusiya Məhkəməsi aprelin 3-də vətəndaşların fərdi müraciətləri əsasında “Twitter”ə girişin qadağan olunması barədə qərarı ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR