Aşıq Əkbərin 80 illik yubileyi qeyd olunacaq - FOTO

Aşıq Əkbərin 80 illik yubileyi qeyd olunacaq - <span style="color: red;">FOTO
# 26 sentyabr 2013 16:29 (UTC +04:00)

Bakı – APA. Sentyabrın 30-da əməkdar mədəniyyət işçisi, ustad aşıq Əkbər Cəfərovun 80 illik yubileyi qeyd olunacaq. Bu barədə APA-ya məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu deyib ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq tədbir R. Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək.

Tədbirdə görkəmli ədəbiyyat və elm adamları, Əkbər Cəfərovun sənət dostları və yetirmələri çıxış edərək ustadla bağlı xatirələrini söyləyəcək, aşıqların və aktyorların ifasında onun şeirləri səslənəcək.

Xatırladaq ki, Ə. Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Əkbər dəfələrlə Bakıda və Moskvada keçirilən festivalların qalibi olub. Həm də bədii yaradıcılıqla məşğul olan Əkbər Cəfərovun 1977-ci ildə “İşıqlı tellər”, 1982-ci ildə isə “Saz danışanda” adlı şeirlər kitabı işıq üzü görüb. 2009-cu ildə “Söz qanana qurban olum” adlı kitabı nəşr olunub.

Aşıq Əkbər Cəfərov 1990-cı ildə vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR