Bolqarıstan və Boliviyanın sabiq prezidentləri Bakıya gəliblər

Bolqarıstan və Boliviyanın sabiq prezidentləri Bakıya gəliblər
# 04 sentyabr 2013 14:14 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Hollandiyanın və Yeni Zellandiyanın sabiq baş nazirləri Wim Kok və Jennifer M.Shipley, o cümlədən Boliviyanın və Bolqarıstanın sabiq prezidentləri Jorge Quiroga və Petar Stoyanov Bakıya gəliblər.

Azərbaycanın Diasporla İşü zrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, rəsmilərin səfərləri sabah Bakıda keçiriləcək “Ali Səviyyədə Görüş” adlı Forumda iştirak etmək məqsədini daşıyır.

Forumun keçirilməsində məqsəd “Birgə Cəmiyyətlər Forumu 2014”ə hazırlıq, 2015-ci il Minillik İnkişaf Proqramı, dini azlıqlar, qadınların cəmiyyətdə aktivliyinin artırılması, qlobal inkişafın yeni paradiqması, mədəniyyətlərarası və dinlərarası dialoq kimi mühüm əhəmiyyət kəsb edən problemlərin müzakirə edilməsidir.

Ali Toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Vaira Vike-Freiberga (Latviyanın sabiq prezidenti), doktor İsmail Seragəldin (İsgəndəriyyə Kitabxanasının direktoru) və mərkəzin İdarə Heyətinin üzvləri - prezident Tarya Halonen (Finlandiyanın sabiq prezidenti), Walter Fust (UNESCO-İTU Brodband komissarı) o cümlədən Madrid Klubunun prezidenti Wim Kok (Hollandiyanın sabiq baş naziri) və vitse-prezidentlər Jennifer M.Shipley (Yeni Zelandiyanın sabiq baş naziri), Jorge Quiroga (Boliviyanın sabiq prezidenti) və hər iki qurumun digər üzvləri, o cümlədən tərəfdaş qurumlar - CGDC sədri Peter Stoyanov (Bolqarıstanın sabiq prezidenti), Dünya Elmlər və Mədəniyyət Akademiyasının prezidenti Dr. İvo Slaus, Gürcüstan Universitetinin həmsədri, xanım Giuli Alasaniya və digər tanınmış simalar iştirak edəcəklər.

Toplantı çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun İdarə Heyətlərinin iclasının keçirilməsi planlaşdırılır. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılan Ali Toplantı silsiləvi xarakter daşıyacaq. “Birgə Cəmiyyətlər Forumu 2014” layihəsi çərçivəsində Brisbon (Avstraliya), Afina (Yunanıstan), İsgəndəriyyə (Misir) və Madriddə (İspaniya) toplantılar keçirilməsi nəzərdə tutulur. Forum sentyabrın 6-na kimi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR