Dövlət departamenti: «Dünyada islam əleyhinə hücumlar artır»

Dövlət departamenti: «Dünyada islam əleyhinə hücumlar artır»
# 21 may 2013 04:56 (UTC +04:00)

Bakı-APA. ABŞ Dövlət departamenti dünyada dini azadlıq barədə hesabat dərc edib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hesabatda Avropa və Asiyada islam əleyhinə əhval-ruhiyyənin artmasından narahatlıq ifadə olunub. Diplomatların sözlərinə görə, söhbət dini geyimlərə qoyulan hökumət qadağalarından, müsəlmanların gündəlik həyatına, məişətinə edilən müdaxilələrdən gedir.

Hesabatda Çin, KXDR və Birmadakı vəziyyətin xüsusilə həyəcanverici olduğu vurğulanıb.

Bundan əlavə, sənədin müəllifləri Misir, İran və Venesuelada antisemitizmin artdığını qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR