Gəncədə yeni muzey fəaliyyətə başlayacaq

Gəncədə yeni muzey fəaliyyətə başlayacaq
# 02 avqust 2013 09:59 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Gəncədə yeni muzey fəaliyyətə başlayacaq. APA-nın məlumatına görə, yeni inşa edilmiş muzeydə arxeoloji qazıntılar zamanı tapılmış qədim məişət əşyaları, tarixi sənədlər, miniatürlər, əlyazmalar və digər tarixi materiallar nümayiş etdiriləcək.

Muzey üçün əşyaların toplanmasına başlanılıb. Bunun üçün AMEA-nın Gəncə Bölməsində xüsusi otaq ayrılıb. Toplanan eksponat və qədim əşyalar müvəqqəti olaraq ayrılmış xüsusi otaqda saxlanılır. Arxeoloji qazıntılar zamanı tapılmış əşyaların içində çıraqlar, küplər, müxtəlif saxsı qablar, mis kasalar, gildən hazırlanmış səhənglər var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR