Azərbaycan elektrik enerjisi istehsalını azaldıb

Azərbaycan elektrik enerjisi istehsalını azaldıb
# 04 sentyabr 2013 13:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin avqust ayında Azərbaycanda ümumilikdə 1,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. «Azərenerji» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% azdır.

Bununla yanaşı, ay ərzində ölkənin enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi də davam etdirilib.

Digər bir məlumata görə, bu ilin yanvar-avqust aylarında isə Azərbaycanda 14,3 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 1,3% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR