Gəncədə dəm qazından zəhərlənmə olub

Gəncədə dəm qazından zəhərlənmə olub
# 06 fevral 2014 09:37 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə 26 yaşlı qadın dəm qazından zəhərlənib. Gəncə şəhər Təcili Tibi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1988-ci il təvəllüdlü Aytəkin Orucova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Məlumata görə, A. Orucova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib və yaxınları tərəfindən xəstəxanaya gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR