Qobustan rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Qobustan rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb
# 23 oktyabr 2013 11:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qobustan rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Fonddan «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 18-də Qobustan rayonunun Cəyirli kəndində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Qobustan rayonu üzrə sahibkarlıq subyektlərindən cins heyvandarlıq təsərrüfatlarının yaradılması və bağçılıq təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR