Olimpiya stadionuna gedən avtomobil yolunun tikintisi davam edir - FOTO

Olimpiya stadionuna gedən avtomobil yolunun tikintisi davam edir - <span style="color: red;">FOTO
# 07 iyul 2014 10:23 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq Böyükşor gölü ətrafında yeni tikilən Olimpiya stadionuna nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədilə yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, layihəyə uyğun olaraq stadion ətrafında 4 dairəvi qovşaq, 3 körpü, 2 tunel, 1 piyada körpüsü və 1 piyada tuneli nəzərdə tutulub.

Layihə çərçivəsində nəzərdə tutulan 2 tunel və 3 körpü vasitəsilə yeni tikilən yoldan Olimpiya stadionu ərazisinə, eləcə də Hava Limanından və Olimpiya stadionu ərazisindən şəhərin mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələrinin yeni tikilən avtomobil yoluna birbaşa hərəkətini təmin etmək və stadion ərazisində salınan dairəvi hərəkət üçün nəzərdə tutulan avtomobil yolları ilə bağlantılar yaratmaq mümkün olacaq.

Tikintisi davam etdirilən 1 piyada körpüsü və 1 piyada tuneli isə Koroğlu metro stansiyasından Olimpiya stadionuna piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub.

Sözügedən bütün layihələrin icrasının 2015-ci ilin mart ayının sonunadək başa çatdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR