Avropa Məhkəməsinin Palatası Tofiq Yaqublunun ərizəsi ilə bağlı ilkin qərar çıxarıb

Avropa Məhkəməsinin Palatası Tofiq Yaqublunun ərizəsi ilə bağlı ilkin qərar çıxarıb
# 05 noyabr 2015 13:21 (UTC +04:00)

Bakı - APA. Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Palatası Tofiq Yaqublunun ərizəsi ilə bağlı ilkin qərar çıxarıb. APA-nın məlumatına görə, məhkəmə Avropa İnsan Haqları Konvensiyasının azadlıq və şəxsi toxunulmazlıq hüququnu əks etdirən 5-ci maddəsinin 1-ci paraqrafının pozulmasını təsdiqləyib.

AİHM 20 min avro dəyərində mənəvi və 4 min avro dəyərində digər xərclər üçün təzminatla bağlı qərar çıxarıb.

Məhkəmənin qərarında Tofiq Yaqublu ilə bağlı ilkin həbs qətimkan tədbirinin 2013-cü ilin fevralında seçildiyi göstərilib. Daha sonra ona qarşı ittihamın ciddiliyi səbəbindən və azadlığa buraxılarsa, istintaqdan yayınacağı və ya cinayət işi prosesinə mane ola biləcəyi ehtimalı ilə həbs müddəti uzadılıb. Məhkəmə prosesi 2013-cü ilin noyabrında başlayıb və 2014-cü ilin martında barəsində 5 il müddətinə azadlıqdan məhrum edilmə hökmü verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR